Tacikistanda koronavirusa görə məscidlər bağlandı
Tacikistanda koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə məscidlər müvəqqəti bağlanıb.
Şəffaflıq.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Dini İşlər üzrə Komitə qərar verib.
Qeyd olunur ki, bu qərar preventiv xarakter daşıyır.
Xatırladaq ki, Covid-19 virusu 73 ölkədə yayılıb.
Çində 90 min yoluxma qeydə alınıb, ölənlərin sayı 3 minə yaxınlaşıb. Digər ölkələrdə isə 10 mindən çox yoluxma, 160-dan çox ölüm faktı qeydə alınıb.
Xəbəri paylaş
Facebook-da paylaş