Muşqulad Zaur Kamalın iç üzünü açdı: “Dedi, qələt edərsən...” - Açıqlama

Parodiyaçı Elnur Mahmudov Xəzər TV-dən uzaqlaşdırılmasına münasibət bildirib.
Elnur Mahmudov Teleqraf.com-a açıqlamasında 5/5 verilişindən ayrılmasının səbəbini açıqlayıb: Bu adam məni başqa verilişə çıxmağa qoymurdu. Özü də səbəbini bilmirdi. Yəqin ki, paxıllıq, qısqanclıq edirdi. Hətta məni Xəzər TV-də yayımlanan “Comedyxana”ya dəvət etmişdilər, amma bu adam müxtəlif bəhanələrlə orada iştirak etməyimə mane olurdu.
Onlar da dostlarımızdır. Mən onlara Zaur haqqında pis fikir deyə bilmirdim. Onlar da elə zənn edirdilər ki, ulduz olmuşam, orada oynamağı özümə rəva bilmirəm və s. Keçən il fəaliyyətimə yeni başlayanda belə şeylər yox idi. Əvvəl münasibətimiz çox yaxşı idi və məni efirdə çox yaxşı təqdim edirdi. Parodiyalarım tanındıqdan sonra bu insanda paxılıq, qısqanclıq başladı. Hamı Zaur Kamalı görəndə Elnuru tərifləyir, o insan da bunu qəbul edə bilmədi”.
Parodiyaçı onu efirə Zaur Kamalın gətirdiyini də deyib: “Mən Dövlət Yol Polis İdarəsində işləyirdim. Könüllü olaraq ərizəmi verdim və işdən çıxdım. Məni başa düşdülər, dedim ki, həvəsim oradır. Zaurla münasibətimiz var idi, onu “Planet Parni iz Baku”da parodiya etmişdim.
Sonra iş başında olarkən yolda qarşılaşırdıq. Bununla münasibətim yaranmışdı. Ona demişdim ki, aparıcı olmaq istəyirəm. Mənə demişdi ki, burada hər şey özündən asılıdır. İndi deyir ki, “səni mən adam eləmişəm”. Bunu bir-iki dəfə başıma vurdu, qəbul edə bilmirdim, insanam. Öz əziyyətim də çox olub. Bu bacarığı və istedadı mənə Allah verib. 10 il “Planet Parni iz Baku” komandasında işləmişdim. Bir həftədir ki, işdən çıxmışam.
Layihə rəhbəri ilə işdə idim, Zaur otağa daxil oldu və ərizəni üzərimə tulladı. Salam vermədən dedi ki, ərizəni yaz, işdən çıx!
Cavab verdim ki, it qabağına sümük atırsan? Bu nə hörmətsizlikdir? Sadəcə onu dedi ki, mən səninlə işləmək istəmirəm.
Dedim, ağlın başqalarına getməsin, uşaqların yanında məni niyə sındırırsan? Dedi, “qələt edərsən”, səni buradan qovduracam. Xəzər TV-nin əvvəlki rəhbərliyi məni işdən çıxarmaq istəmirdi. Bu haqda mənə işçiləri məlumat verdi.
Dedim ki, bu şirkətdə, bu insanla üz-üzə gəlməmək üçün buradan gedirəm. Kanalda hamı ilə münasibətim yaxşıdır. Çıxarkən hamısı ilə halallaşdım. Artıq ora getmərəm. Dövlət Yol Polis İdarəsində işləyəndə maddi vəziyyətim də əla idi. Yenidən televiziyalardan təkliflər var. 15 ildir ki, bu sahədəyəm və fəaliyyətimə davam edəcəm".
Qeyd edək ki, Elnur Mahmudov Xəzər televiziyasında yayımlanan 5/5 verilişində Aşıq Muşqulad obrazı ilə çıxış edirdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}