“Videosu yayılan üç qızı qardaşlarımız alır, toylarında oxuyuruq” - Xatirə İslam

 "Kökəlmirəm, hər şey qaydasındadır. Bir dəfə yoldaşım gəldi gördü ki, sobaya para quzu qoymuşam. Getdi məşqə, qayıdan da gördü ki, heç nə qalmayıb. İndi o qədər yemirəm".
Şəffaflıq.az "ölkə.az"a istinadən xəbər evrir ki, bu sözləri müğənni Xatirə İslam "Ay Zaur" verilişində deyib. Bir müddət əvvəl plastik əməliyyatla arıqlayan sənətçi yenidən kökəlməsi ilə bağlı xəbərləri şayiə adlandırıb.
Sənətçi əri Fəxrəddinin onu qısqanmadığını söyləyib:
"Arıqlamağımı özüm istədim. Elə xasiyyətim var ki, oğlan kimiyəm. Studiyada, başqa yerdə oluram. Heç vaxt məndən harada olduğumu maraqlanmırdılar. Arıqlayandan sonra maraqlanmağa başlayıb ki, haradasan?
Çox kaprizsiz və üzüyolayam. Ona görə də hər zaman demişəm, məni alan xoşbəxtdir. Həyat yoldaşım məni qısqanmır. Heç mənə yazanlara da baxmır. Sonuncu dəfə yazılanlara ötən yay baxıb. Bizim ailədə elə şeylər olmur. Dalaşmırıq".
Sənətçi məşhurların həyatının ictimailəşməsindən söz açıb:
"Elə müğənni var ki, özünü aparmağı, söz deməyi bacarır. Hər insanın şəxsi həyatı olur. Heç vaxt deməyin ki, bunu etmərəm. Hər müğənninn də, adi insanın da öz həyatı var. İnsan nəsə edəndə, fikirləşməlidir. Bu da onun taleyidir. Müğənnilər maraqlıdır, efirə çağırırsız. Qonşumuzda adam var, qaynına qoşulub qaçıb. Onu efirə çağırarsız? Üç qızın videosu yayıldı. Hansı müğənni onu edər? Hətta bizim qardaşlarımız onları alır, gedib toylarında oxuyuruq. İctimailəşdi, qızları tanıdıq. Əgər tanınmasaydı, qohumumuz gedib onu alardı. Müğənni etsəydi, onu heç vaxt almazdılar.İnstaqram çox yaxşıdır. Nə qədər adamı onun sayəsində tanıyırıq".
Qeyd edək ki, Fəxrəddin adlı şəxslə ailəli olan Xatirənin Emil adlı oğul övladı var.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}