Ev dustağı olan iş adamı "Güclü Ermənistan" partiyasının lideri seçilib
Ev dustaqlığında olan iş adamı Samvel Karapetyan yekdilliklə "Güclü Ermənistan" partiyasının lideri seçilib. Şəffaflıq.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə "Güclü Ermənistan"ın mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, çərşənbə günü partiyanın təsis qurultayı keçirilib, orada partiyanın sədri və şura heyəti seçilib. Fevralın 12-də partiyanın təqdimatı keçiriləcək, orada Ermənistan parlamentinə qarşıdan gələn seçkilərdə Baş nazir vəzifəsinə namizədin adı açıqlanacaq. Karapetyan Ermənistanda hakimiyyətin devrilməsinə çağırışlara və maliyyə fırıldaqçılığına görə həbs edilib.
Xəbəri paylaş
Facebook-da paylaş








