Əsas Səhifə > REGİON > Ev dustağı olan iş adamı "Güclü Ermənistan" partiyasının lideri seçilib

Ev dustağı olan iş adamı "Güclü Ermənistan" partiyasının lideri seçilib


11-02-2026, 15:44


Ev dustaqlığında olan iş adamı Samvel Karapetyan yekdilliklə "Güclü Ermənistan" partiyasının lideri seçilib.

Şəffaflıq.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə "Güclü Ermənistan"ın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, çərşənbə günü partiyanın təsis qurultayı keçirilib, orada partiyanın sədri və şura heyəti seçilib. Fevralın 12-də partiyanın təqdimatı keçiriləcək, orada Ermənistan parlamentinə qarşıdan gələn seçkilərdə Baş nazir vəzifəsinə namizədin adı açıqlanacaq. Karapetyan Ermənistanda hakimiyyətin devrilməsinə çağırışlara və maliyyə fırıldaqçılığına görə həbs edilib.


Geri qayıt