Azərbaycan çempionatı: Şəhriyar Məmmədyarovla Rauf Məmmədov mübarizəyə 1/8 finaldan başlayacaqlar
Şahmat üzrə Azərbaycan millisinin liderləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədov ölkə çempionatında mübarizəyə 1/8 finaldan başlayacaqlar. Şəffaflıq.az-ın məlumatına görə, hər iki qrossmeyster 1/16 final mərhələsindən azaddır. Ş.Məmmədyarov 1/8 finalda Murad İbrahimli - Vüqar Manafov cütünün qalibi ilə, R.Məmmədov isə Azər Mirzəyev - Şiroğlan Talıbov duelinin güclüsü ilə görüşəcək. Həm qadınların, həm də kişilərin mübarizəsində ilk partiyalar fevralın 8-də baş tutacaq.


Xəbəri paylaş
Facebook-da paylaş








