Futbol tarixində görünməmiş hadisə

 

"Hoffenhaym” və "Bavariya” klubları arasında keçirilən matç fanatların təhqiramiz ifadələrinə görə yarımçıq saxlanılıb.

Şəffaflıq.az xəbər verir ki, "Bavariya” azarkeşləri "Hoffenhaym” klubunun rəhbərini təhqir edən bannerdən istifadə ediblər. Münhen klubunun oyunçuları banneri görəndən sonra azarkeşlərindən onu çıxarmağı istəyiblər. Lakin azarkeşlər oyunçuların xahişini yerə salıblar. Bundan sonra "Bavariya”nın baş məşqçisi Hans-Diter Flik əsəblə tribunalara tərəf gedərək tamaşaçılardan banneri yığışdırmağı tələb edib.

Futbolçular isə öz növbələrində etiraz əlaməti olaraq bir-birinə ötürmə edərək, oynamaq istəmədiklərini nümayiş etdiriblər. 

Matçın hakimi Kristian Dinqert baş verənlərdən sonra oyunu dayandıraraq hər iki komandanın üzvlərini stadiondan çıxarıb. Matç 20 dəqiqəliyə dayandırılıb və daha sonra 78-ci dəqiqədən davam etməyə başlayıb. Hakim elan edib ki, banner yığışdırılmayınca oyun davam etməyəcək.

Həmin dəqiqəyə qədər artıq "Bavariya” 6:0 hesabı ilə rəqibini darmadağın edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}