Dağıstanda futbol oyunu zamanı kütləvi dava

 

Dağıstanın Həvəskar futbol liqasında "Xuştada" və "Tındırbek" komandaları arasında keçirilmiş oyun zamanı münaqişə baş verib.

Şəffaflıq.az report-a istiandən xəbər verir ki, toqquşma 37-ci dəqiqədə hesab 1:1 olanda yaşanıb.

Həmin vaxt oyunçulardan biri rəqibindən topu onu itələyərək alıb. Bu isə qarşı tərəfin xoşuna gəlməyib. Nəticədə futbolçular arasında söz savaşı başlayıb. Daha sonra bu, toqquşmaya çevrilib.

Topu alan futbolçu rəqibinin sifətinə zərbə endirib. Hadisə yerinə oyunun digər iştirakçıları da özlərini çatdırıb. Bununla da meydanda kütləvi dava baş verib. Toqquşmaya hər iki komandanın ehtiyat futbolçuları da qoşulub.

Referi fitin köməyi ilə aranı sakitləşdirmək istəsə də, bunu bacarmayıb.   

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}