Sabunçuda 67 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakının Sabunçu rayonunda 1959-cu il təvəllüdlü Həyat Ağayevanı öldürməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə Sabunçu rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, ilkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








