Əsas Səhifə > Hadisə > Sabunçuda 67 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sabunçuda 67 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs tutulub


Bu gün, 10:34


Bakının Sabunçu rayonunda 1959-cu il təvəllüdlü Həyat Ağayevanı öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Sabunçu rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Şəffaflıq.az


Geri qayıt