Azərbaycandan idxal edilən benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb.


Azərbaycandan idxal edilən benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb.

Şəffaflıq.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Bazara Nəzarət üzrə Təftiş Orqanının rəhbəri Armen Kotolyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, gətirilən partiyalardan götürülmüş yanacaq nümunələri Ermənistanın Milli Standartlaşdırma və Metrologiya Mərkəzində laborator müayinələrdən keçirilib. Nəticələr benzinin keyfiyyətinin Avrasiya İqtisadi İttifaqının (Aİİ) texniki tələblərinə cavab verdiyini göstərib.

"Keyfiyyət baxımından pozuntular aşkar edilməyib. Bununla belə, yanacaqdoldurma məntəqələrində yoxlamalar zamanı biz satılan yanacağın mənşə ölkəsini müəyyən etmirik", - Kotolyan qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}