Ərdoğandan Putinlə bağlı şok açıqlama - "Ötən gün..."

 Ötən gün hörmətli Putinə də dedim ki, sizin orda nə işiniz var? Baza quracaqsınızsa, yenə də qurun, amma bu anda bizim önümüzdən çəkilin, rejimlə baş-başa buraxın bizi. Biz lazım olanı edəcəyik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri ərdoğan ötən gün Rusiya lideri Putinlə telefon danışması ilə bağlı AKP-nin Istanbul millət vəkilləri ilə Dolmabaxça Ofisində görüşündə deyib.
Ərdoğan qeyd edib ki, Rusiyanın maraqlarının nə olduğu anlaşılmır:
“Əgər 2-3 ədəd baza istəyirlərsə, qursunlar. Bununla bizim bir dərdimiz yoxdur. Dünən gecə Putin mənə deyir ki, Putinin nə gözləntisi var, nə istəyi var? “Qamışlıda da bir petrol olayı bunların”, - dedim. “Orada neftmi var” soruşdu, “var” dedim. Ona görə belə bir mənzərə ilə qarşı-qarşıyayıq”.
Ərdoğan qeyd edib ki, nə neft istəyir, nə torpaq:
“Biz etibarlı bölgə yaradıb, sərhədlərimizi təminat altına almaq istəyirik. Bütün bunlardan sonra İdlibdə - 3-4 milyon insanın yaşadığı yerdə hər tərəfi amansızlıqla yerlə yeksan etdilər…”
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}