“Qəzəblə qalxan zərərlə oturar. Rusiya ilə...” - ƏRDOĞANDAN AÇIQLAMA

 

Şəffaflıq.az xəbər verir ki, Ukrayna səfərindən qayıdan Türkiyə prezidenti R.T.Ərdoğan təyyarədə jurnalistlərə müsahibə verib. Jurnalistin qarşı tərəfin İdliblə bağlı imzalanan sazişə xilaf çıxması və Rusiya ilə yaranan gərginliklə bağlı sualının cavabında Ərdoğan belə deyib: “Bizim Rusiyada ilə indiki mərhələdə bir toqquşma və ya ciddi ziddiyyət içərisində olmağımız lazım deyil. Bunu niyə söyləyirəm? Bilirsinizmi, hazırda Rusiya ilə çox ciddi strateji münasibətlərimiz var. Bunlardan biri, xüsusilə də çox qətiyyətli şəkildə başladığımız nüvə enerjisi məsələmizdir və orada çox ciddi rəqəmlər var. Hazırda onun tikintisi davam edir. 300 nəfərdən artıq mühəndisimiz Rusiyada yetişdirilib, təhsillərini bitirdikdən sonra gəlib burada işləməyə davam edirlər. Bu, çox mühümdür.

İkincisi, Türk Axını layihəsi də çox mühümdür və Avropaya keçid deməkdir. Həmçinin indi, təbii qazın mühüm hissəsini Rusiyadan alırıq. Bu da mühümdür, çünki strateji investisiyadır.

Hazırda Rusiya ilə aramızda çox mühüm məsələdən biri də S-400 məsələsidir. Bu yolda geri addım atmayacağıq. Ümumilikdə, Ticarət həcmimizə gəlincə, ən aşağı halda belə 20-25 milyard dollarlıq ticarət dövriyyəmiz mövcuddur. Bu il təmənnamız daha da artmasıdır. Təbii Rusiya ilə Turizm nöqtəsindəki münasibətlərimiz də yaxşı haldadır. Bu sahədə birinci yerdə Rusiyadır, Almaniya ikinci yerə düşüb. Bunlar bizim üçün mühümdür. Onun üçün də hər şeyi oturub müzakirə edəcəyik. Qəzəblə yox... Çünki qəzəblə qalxan zərərlə oturur”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}