Azərbaycan Basketbol Liqasında bu gün XIII turun daha 3 oyunu keçiriləcək.
Azərbaycan Basketbol Liqasında bu gün XIII turun daha 3 oyunu keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, ilk olaraq saat 13:00-da "Ordu" "Sərhədçi" ilə üz-üzə gələcək. Bu qarşılaşmadan 1 saat sonra "Gəncə" "Neftçi"ni sınağa çəkəcək. Günün son görüşündə isə "Sumqayıt" və "Quba" basketbolçuları münasibətlərinə aydınlıq gətirəcəklər. Bu matç saat 19:00-da başlayacaq. A qrupunda "Neftçi" 16 xalla üçüncü, eyni xala malik "Gəncə" dördüncüdür. B qrupuna isə 24 xalla "Ordu" başçılıq edir. 16 xalı olan "Sərhədçi" və "Quba" müvafiq olaraq dördüncü və beşinci pillələrdə yer alıblar. "Sumqayıt" isə 15 xalla sonuncu - altıncıdır. Qeyd edək ki, turun ilk matçında "Naxçıvan" "Lənkəran"a 106:75 hesabı ilə qalib gəlib.
Facebook-da paylaş








