Rusiyanın Murmansk vilayətinin Olenoqorsk şəhərindəki neft bazasında təxminən 80 ton neft məhsulu dağılıb.
Rusiyanın Murmansk vilayətinin Olenoqorsk şəhərindəki neft bazasında təxminən 80 ton neft məhsulu dağılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə region üzrə FHN-in Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. "2026-cı il yanvarın 11-i axşam saatlarında Murmansk vilayəti üzrə Rusiya FHN-in Baş İdarəsinə Olenoqorsk şəhərində neft məhsullarının dağılması barədə məlumat daxil olub. Neft bazasının ərazisində benzinin saxlandığı rezervuarla bağlı boru kəmərinin hermetikliyi pozulub. Nəticədə ərazidə təxminən 80 ton Aİ-95 markalı benzin axıb", – deyə məlumatda qeyd olunur. Qurumun məlumatına görə, yanacağın verilməsi operativ şəkildə dayandırılıb, neft məhsulu tutucu qurğularda saxlanılır. Hadisənin səbəbləri barədə məlumat verilməyib.
Facebook-da paylaş








