Əsas Səhifə > REGİON > Rusiyanın Murmansk vilayətinin Olenoqorsk şəhərindəki neft bazasında təxminən 80 ton neft məhsulu dağılıb.
Rusiyanın Murmansk vilayətinin Olenoqorsk şəhərindəki neft bazasında təxminən 80 ton neft məhsulu dağılıb.12-01-2026, 09:55 |
|
Rusiyanın Murmansk vilayətinin Olenoqorsk şəhərindəki neft bazasında təxminən 80 ton neft məhsulu dağılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə region üzrə FHN-in Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. "2026-cı il yanvarın 11-i axşam saatlarında Murmansk vilayəti üzrə Rusiya FHN-in Baş İdarəsinə Olenoqorsk şəhərində neft məhsullarının dağılması barədə məlumat daxil olub. Neft bazasının ərazisində benzinin saxlandığı rezervuarla bağlı boru kəmərinin hermetikliyi pozulub. Nəticədə ərazidə təxminən 80 ton Aİ-95 markalı benzin axıb", – deyə məlumatda qeyd olunur. Qurumun məlumatına görə, yanacağın verilməsi operativ şəkildə dayandırılıb, neft məhsulu tutucu qurğularda saxlanılır. Hadisənin səbəbləri barədə məlumat verilməyib. Geri qayıt |