Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb
Sumqayıt şəhərində zavodda partlayış baş verib. Şəffaflıq.az məlumat verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qurbanov Elməddin Səxavət oğlu operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








