Əsas Səhifə > Hadisə > Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb
Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb9-01-2026, 09:37 |
|
Sumqayıt şəhərində zavodda partlayış baş verib. Şəffaflıq.az məlumat verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qurbanov Elməddin Səxavət oğlu operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |