Beyləqanda avtomobil kanala düşüb, xəsarət alanlar var
Beyləqan rayonunun Allahyarlı kəndində "Lada" markalı minik avtomobili idarəetməni itirərək kanala düşüb, xəsarət alanlar var. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə yerinə yanğınsöndürən-xilasedicilər cəlb edilib. Onlar avtomobildə köməksiz vəziyyətdə qalan ikisi azyaşlı olmaqla dörd nəfəri xilas edərək təcili tibbi yardım briqadasına təhvil verib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








