Əsas Səhifə > Hadisə > Beyləqanda avtomobil kanala düşüb, xəsarət alanlar var
Beyləqanda avtomobil kanala düşüb, xəsarət alanlar var8-01-2026, 09:30 |
|
Beyləqan rayonunun Allahyarlı kəndində "Lada" markalı minik avtomobili idarəetməni itirərək kanala düşüb, xəsarət alanlar var. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə yerinə yanğınsöndürən-xilasedicilər cəlb edilib. Onlar avtomobildə köməksiz vəziyyətdə qalan ikisi azyaşlı olmaqla dörd nəfəri xilas edərək təcili tibbi yardım briqadasına təhvil verib. Şəffaflıq.az Geri qayıt |