Emin Əmrullayev Kürdəmirdə vətəndaşları qəbul edəcək


Elm və təhsil naziri Emin Əmrullayev yanvarın 30-da Kürdəmir şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbulda Kürdəmir, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri yanvarın 16-da (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}