Elm və təhsil naziri Emin Əmrullayev 24 yanvar tarixində Zərdab şəhərində vətəndaşları qəbul edəcək.



Elm və təhsil naziri Emin Əmrullayev 24 yanvar tarixində Zərdab şəhərində vətəndaşları qəbul edəcək.


Bu barədə  nazirlikdən məlumat verilib.

Qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 16 yanvar (saat 18:00-dək) tarixinədək nazirliyin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.

Bununla yanaşı, nazirliyin rəsmi saytının

https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}