Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edəcək


Elm və təhsil naziri Emin Əmrullayev Sabirabadda vətəndaşları qəbul edəcək.

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, aprelin 18-də baş tutacaq qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 10 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}