Pezeşkian Qazaxıstana rəsmi səfər edəcək


İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Qazaxıstana rəsmi səfər edəcək.

Şəffaflıq.az Akordaya istinadən verdiyi məlumata görə, Pezeşkianın səfəri 10-11 dekabr tarixlərində baş tutacaq.

"Səfər çərçivəsində yüksək səviyyəli danışıqların keçirilməsi planlaşdırılır. Bu zaman ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə Qazaxıstan-İran əməkdaşlığının daha da gücləndirilməsinə dair məsələlər müzakirə ediləcək", - Qazaxıstan dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}