Əsas Səhifə > REGİON > Pezeşkian Qazaxıstana rəsmi səfər edəcək
Pezeşkian Qazaxıstana rəsmi səfər edəcəkDünən, 11:46 |
|
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Qazaxıstana rəsmi səfər edəcək. Şəffaflıq.az Akordaya istinadən verdiyi məlumata görə, Pezeşkianın səfəri 10-11 dekabr tarixlərində baş tutacaq. "Səfər çərçivəsində yüksək səviyyəli danışıqların keçirilməsi planlaşdırılır. Bu zaman ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə Qazaxıstan-İran əməkdaşlığının daha da gücləndirilməsinə dair məsələlər müzakirə ediləcək", - Qazaxıstan dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilib. Geri qayıt |