Lerikdə 3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilib
Şəffaflıq.az xəbər verir ki, görüş zamanı rayon rəhbəri əlillərin problemləri ilə maraqlanıb, onların arzu və istəklərini dinləyib. Sonra tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı bildirib ki, əlillərə dəstək hər bir vətəndaşın humanist vəzifəsidir. Onlara qarşı münasibətdə hörmət və dəstək göstərmək cəmiyyətin mənəvi borcudur. Əlillərin hüquqlarını qorumaq, cəmiyyətin diqqətini onların problemlərinə yönəltmək və sosial inteqrasiyasını təmin etmək məqsədilə hər il dünyada 3 Dekabr - Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov müharibə əlilləri və rayonda yaşayan bir qrup əlil ilə görüşüb.




Facebook-da paylaş








