Əsas Səhifə > MANŞET / Cəmiyyət / REGİON > Lerikdə 3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilib
Lerikdə 3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilib4-12-2025, 14:15 |
|
Şəffaflıq.az xəbər verir ki, görüş zamanı rayon rəhbəri əlillərin problemləri ilə maraqlanıb, onların arzu və istəklərini dinləyib. Sonra tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı bildirib ki, əlillərə dəstək hər bir vətəndaşın humanist vəzifəsidir. Onlara qarşı münasibətdə hörmət və dəstək göstərmək cəmiyyətin mənəvi borcudur. Əlillərin hüquqlarını qorumaq, cəmiyyətin diqqətini onların problemlərinə yönəltmək və sosial inteqrasiyasını təmin etmək məqsədilə hər il dünyada 3 Dekabr - Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.
Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə bu gün 1994-cü ildən Azərbaycanda da qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan şəxslər kimi əlillər də daim dövlətin qayğısı ilə əhatə olunmuş, onların problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasəti Azərbaycanda əlilliyi olan şəxslərin də sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi tədbirlərinin ildən-ilə genişlənməsinə imkan verib. Əlilliyi olan şəxslərin işlə təminatı, təhsil almaq imkanı, tibbi xidmətlərə çıxışın artırılması və xüsusi texniki vasitələrlə təmin edilməsi bu siyasətin əsas komponentlərindəndir. Geri qayıt |