“İlhamlı Qələbələr adlı Böyük Qayıdış” festivalı çərçivəsində xüsusi stolüstü tennis turniri keçiriləcək.
11 dekabr tarixində Stolüstü Tennis Federasiyasının və BrendSport.az saytının təşkilatçılığı ilə Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş “İlhamlı Qələbələr adlı Böyük Qayıdış” festivalı çərçivəsində xüsusi stolüstü tennis turniri keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, Turnir, həmçinin 150 illiyi tamam olmuş Azərbaycan milli mətbuatının il üzrə son tədbiri olmaqla, Azərbaycanın ictimai-siyasi xadimi, jurnalist və millət vəkili olmuş mərhum Qənirə Paşayevanın 50 illik xatirəsinə ithaf olunur. Yarışda qazilər, KİV nümayəndələri (jurnalistlər, fotoqraflar, TV əməkdaşları və s.), incəsənət nümayəndələri (aktyorlar, aktrisalar, müğənnilər, modellər və s.), eləcə də Avropa, dünya və olimpiya çempionları, müxtəlif sahələrdən tanınmış ictimai şəxslər iştirak edəcəklər. Buna görə turnirin geniş auditoriyalı və yüksək səviyyəli olması gözlənilir. Qruplar üzrə bölgü: I qrup: Qazi bəylər (öz aralarında) II qrup: Jurnalist bəylər və yuxarıda adı qeyd olunan müxtəlif peşə sahibləri III qrup: Jurnalist xanımlar və yuxarıda adı qeyd olunan digər sahələrdən peşə sahibləri Hər qrup üzrə ilk 4 yerin qalibləri pul mükafatları və sponsor hədiyyələri ilə təltif olunacaqlar. Tədbir 11 dekabr, saat 10:30-da, “Şua” idman kompleksində start götürəcək. ( Azərbaycan Stolüstü Tennis Federasiyasının bazası ) İştirakçılar üçün idman geyimi və idman ayaqqabısı gətirmək məcburidir. Digər bütün oyun ləvazimatları təşkilatçı tərəfdən təmin olunacaq. Qeydiyyat üçün iştirakçılardan iş vəsiqəsi və şəxsiyyət vəsiqəsi, qazilərdən isə müvafiq sənədlər tələb olunur. Qeydiyyat: 070-286-86-29 (WhatsApp) Son qeydiyyat tarixi: 8 dekabr, saat 18:00
Facebook-da paylaş








