Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş festival keçirilib
Aynur Şükürlü Şəffaflıq.az
Bu günlərdə Sumqayıt şəhərində yerləşən Muğam mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Gənclər festivalı keçirilib. Tədbir BrendSport.az saytnın marketinq direktoru tanınmış təşkilatçı Könül Sultanın rəhbərliyi ilə olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin sədaları ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbiri Səriyyə Əliyulmusəvi və Firuzə Atluxanova açıq elan edərək, qonaqlara Ulu Öndərin Azərbaycan idmanı və gəncləri üçün gördüyü işlər haqqında qısa videoçarx nümayiş etdirilib.
Sonra söz tədbirin təşkilatçısı Könül Sultana verilib. Könül xanım qonaqları salamlayaraq festival iştirakçılarına uğurlar arzulayıb və səhnəyə BrendSport.az saytının baş redaktoru, təşkilatçı-ssenarist Bəhruz Səmədovu dəvət edib.
B.Səmədov da qonaqları salamlayaraq Ulu Öndərin dövlət və dövlətçiliyə xidmətindən danışıb, eləcə də bu yolu layiqincə davam etdirən cənab prezident İlham Əliyevə və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirib.
Sonra B.Səmədov səhnəyə Sumqayıt şəhər icra nümayəndəliyinin əməkdaşı Tərlan Hacızadəni dəvət edib. Tərlan müəllim qonaqları Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adından salamlayaraq festival iştirakçılarına uğurlar arzuladı.
Natiq çıxışında Ulu Öndərin həyatından söz açaraq müasir Azərbaycanın banisinin, onun davamçısı İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan danışıb və ölkə rəhbərliyinə təsəkkürünü bildirib.
Sonra söz tədbirin Baş sponsoru Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Assosiasiyasının prezdenti, İspaniyanın cənub bölgəsində fəaliyyət göstərən diaspor təşkilatımızın rəhbəri "F_Holding MMC" şirkətinin təsisçisi və bas direktoru, iş adamı Fərid Mustafayevə verildi.
F.Mustafayev Ulu Öndər Heydər Əliyevin apardığı gənclər siyasətindən danışıb və o dövrdə gənclərimizin Avropada təhsil almalarındakı rolundan bəhs edib.
F.Mustafayev çıxışdan sonra ona təşkilatçılar tərəfindən “Təşəkkürnamə” təqdim olundu. “Təşəkkürnamə”ni ona Sumqayıt icra nümayəndəliyinin əməkdaşı Tərlan Hacızadə təqdim etdi.
Eyni zamanda tədbirin xüsusi sponsoru olan “Platinum Estetik” Mərkəzinin rəhbəri İradə Bədəlovaya da dəstəyinə görə “Təşəkkürnamə” təqdim olundu.
Sonra aparıcılar tərəfindən söz musiqiyə söz verilib. Musiqdən sonra çıxşıç üçün söz müvafiq olaraq Rəşid Mahmudova, ekspert Emil Maqalova və Aynur xanım Musayevə verildi.
Çıxışlardan sonra səhnəyə “KMF prodakşn”ın modellərindən ibarət kollektivi daun və autizmli uşaqlarla bərabər idman və milli geyimləri nümayiş etdiriblər.
Uşaqların çıxışından sonra söz autizim sindromlu musiqiçi və müğənni Ayxan Quluzadəyə verilib.
Tədbirdə həmçinin şəhid anaları və ailələri də iştirak edib. Onlardan şəhid Qoşqar Hüseynovun anası Pəri Hüseynova, Baş leytenant Vüsal Babayevin həyat yoldaşı Aynur Babayeva, şəhid Cəbrayıl Dövlətzadənin atası Dövlət Dövlətzadə, şəhid Mahir Xələflinin anası Şəlalə xanım, şəhid Tərlan Səlimovun anası Simnarə xanım və s. öz çıxışlarında tədbirin təşkilatçılarına təşəkkür ediblər.
Sonra səhnəyə yeniyetmə musiqiçilər dəvət olunub. “Ulu bir sərkərdə, ulu bir öndər” mahnısı ilə
F.Əmirov adina U.M.M.-nin kiçik xor kollektivi, “Zəfər sədası” mahnisi ilə xormeystr Səriyyə Əliyulmusəvi, "Şəfəq "xor kollektivi, Xormeystr respublikanın Əməkdar müəllimi Firəngiz Xəlilova və “Ağlayan buz” musiqisi ilə tarda Elnur Əliyev, darbukada Rövşən Cabbar, ravdramda Hüseyn Cabbar, şeykərdə Həsən Cabbar maraqlı musiqi nömrələri ilə çıxış ediblər.
Musiqiçlərin çıxşından sonra yeniyetmə və gənc aktyorlar qardaş Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səhnəciklə çıxış ediblər.
Tədbirdə qonaqlara səhnədə işarət dili ilə “Xudayar” təsnifi də təqdim olunub. Gənc istedad
Mehnaz Bayram qızı Dünyamalıyevanın bu təqdimatı tamaşaçılar tərəfindən maraqla qarşılanb.
“Narkomaniyaya və xanım şiddətinə yox deyək” adlı kiçik bir səhnəciyi isə gənc
aktrisa Naibə Zeynalova və gənc aktyor Səid Hüseynzadə tamaşaçıların diqqətinə çatdırıb.
Sonda söz yenə də musiqili qonaqlara verilib. Şəhid qızı Ləman Əliyeva “Şəhid qızıyam” mahnısını ifa edib. Bəstəkar müğənni Hacı Emil Elmanoğlu və “Azərstar-1” mahnı müsabiqəsinin qalibi Nigar Əhmədova və türk pop ştarı Barış Gömürcüoğlu musiqi töhfələri ilə tədbir iştirakçılarını salamlayıblar.
Tədbirin sonunda təşkilatçı Könül Sultan və BrendSport.az saytının baş redaktoru Bəhruz Səmədov tədbirdə iştirak edən qonaqlara minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, festivalın yüksək səviyyədə təşkil olunmasında Baş sponsor Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Assosiasiyasının prezdenti, İspaniyanın cənub bölgəsində fəaliyyət göstərən diaspor təşkilatımızın rəhbəri "F_Holding MMC" şirkətinin təsisçisi və bas direktoru, iş adamı Fərid Mustafayev, xüsusi sponsor “Platinum Estetik” Mərkəzinin rəhbəri İradə Bədəlova, sponsorlar "Royam design"in rəhbəri Samirə Nəbiyeva, xeyriyyəçi iş qadını, həkim-kosmetoloq Şahnaz Səmədova, “Korset Baku”nun rəhbəri Vüsal Huseynov, rəssam-modelyer Səkinə Əliyeva, “Çiçek Baku” gül salonunun rəhbəri Murad Muradov, modelyer-dizayner Arzu Sadiqzadə, modelyer-dizayner Rəşan Bəxtiyarlı, “Orkida” gül salonunun rəhbəri Firdovsi Qulamov, “Fashion Unfluencer”in rəhbəri Bahar Karakaya, “Kinder kids” mağazalar şəbəkəsinin rəhbəri İlkin Vəliyev, “Ömürlük dəb” butikinin təsisçisi və biznesmen Sadıx İslamov,
“VC butik”in təsisçisi Vüsalə Şahbazova və “Ev şirniyyatları”dan Gülmirə Şirinlinin müstəsna köməklikləri olmuşdur.
Təşkilatçılar adından dəstək olan bütün dostlarımıza və tərəfdaşlarımıza minnətdarlığımızı bildiririk.
Facebook-da paylaş