Türkiyənin Balıkesir vilayətində 4,9 maqnitudalı zəlzələ olub.
Türkiyənin Balıkesir vilayətində 4,9 maqnitudalı zəlzələ olub. Bu barədə Şəffaflıq.az yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 21:20-də alınıb. Zəlzələ ocağı 8,5 km. dərinlikdə yerləşib. Yeraltı təkanlar ətraf vilayətlərdə hiss olunub. Bu, Balıkesir vilayətində son 4 gündə qeydə alınan 3-cü zəlzələdir. Daha əvvəl Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) vilayətdə 4,5 maqnitudada zəlzələnin baş verdiyini bildirib.
Xəbəri paylaş
Facebook-da paylaş








