Türkiyədə silah qaçaqmalçılığına qarşı əməliyyatda 135 nəfər saxlanılıb
Türkiyənin 41 əyalətində silah və sursat qaçaqmalçılığına qarşı həyata keçirilən əməliyyatlar nəticəsində 135 şübhəli saxlanılıb. Şəffaflıq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama yayıb. Onun sözlərinə görə, əməliyyat Adana, Ərzincan, Van, Ankara, Antalya, Aydın, Balıkəsir, Burdur, Bursa, Çorum, Dənizli, Diyarbakır, Ədirnə, Gaziantep, Hakkari, Hatay, Isparta, İstanbul, İzmir, Kastamonu, Kayseri, Kırşehir, Kocaeli, Konya, Kütahya, Manisa, Mardin, Mersin, Muğla, Nevşehir, Ordu, Sakarya, Samsun, Sivas, Şırnak, Tekirdağ, Tokat, Trabzon, Yalova və Zonquldağda keçirilib. Məlumata görə, əməliyyat nəticəsində 3 min 116 ədəd pnevmatik tapança müsadirə edilib.
Facebook-da paylaş








