Gələn il orta pensiya məbləğinin 579,2 manat təşkil edəcəyi proqnozlaşdırılır


2026-cı ildə orta pensiya məbləğinin 579,2 manat təşkil edəcəyi proqnozlaşdırılır.

Şəffaflıq.az xəbər verir ki, bu, 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, bu məbləğ 2025-ci ildə gözlənilən 537 manatdan 7,9 faiz çoxdur.

Sənəddə həmçinin vurğulanıb ki, İqtisadiyyat Nazirliyinin rəsmi məlumatı əsasında nominal əməkhaqqı üzrə 2025-ci ildə artım tempinin 9,2 faiz təşkil etməsi nəzərə alındıqda 2026-cı ildə əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükünün təqribən 635 milyon 590 min manatadək olması gözlənilir.

Bildirilib ki, nominal əməkhaqqı üzrə göstərici dəyişəcəyi təqdirdə, pensiya və bəzi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət növləri üzrə proqnozlaşdırılan xərc göstəricilərində dəyişikliklər mümkündür. Belə ki, artım tempinin əlavə olaraq cəmi 1 faizədək dəyişməsinin təkcə illik pensiya xərclərinə təsiri təqribən 72 mln. manat ətrafında gözlənilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}