Azərbaycanlı atlet İstanbul Marafonunda şəxsi rekordunu yeniləyib


Naxçıvan Muxtar Respublikasından olan atlet Əmrah Nağıyev karyerasında 5-ci dəfə Türkiyədə keçirilən İstanbul Marafonunda iştirak edib.

Şəffaflıq.az xəbər verir ki, "Dünyanın qitələrarası yeganə marafonu" şüarı ilə təşkil olunan 47-ci İstanbul Marafonunda 126 ölkədən ümumilikdə 41 min 416 iştirakçı qeydiyyatdan keçib.

Kütləvi idman tədbirində 42 kilometr, 15,5 kilometr, Korporativ qaçış, Xalq qaçışı və Əlil arabası ilə qaçış kateqoriyaları üzrə qaliblər müəyyənləşib.

Əmrah Nağıyev 15,5 kilometrlik məsafədə 00:55:35 nəticə ilə 15-ci yeri tutub və 2019-cu ildən bəri iştirak etdiyi İstanbul marafonlarında özünün ən yaxşı nəticəsinə imza atıb. İdmançımıza marafonun medalı təqdim olunub.

Qeyd edək ki, müxtəlif məsafələrdə Azərbaycan birinciliklərinin, beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan Əmrah Nağıyev Türkiyənin bir çox regionlarında, o cümlədən Azərbaycan və Gürcüstanda təşkil olunan beynəlxalq marafonların daimi iştirakçısıdır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}