“Microsoft” “Windows 10” əməliyyat sisteminin yenilənməsinin təhlükəli olduğunu BƏYAN ETDİ
Şəffaflıq.az xəbər verir ki, “Maykrasoft” (“Microsoft”) şirkəti “Windows 10” əməliyyat sisteminin axırıncı yenilənməsinin təhlükəli olduğunu bildirib. Yenilənmədən sonra əməliyyat sisteminin işində qüsurlar meydana gəlib.
“Windows Latest” informasiya mərkəzinin məlumatına görə, 11 fevralda işə başlamış KB4524244 nömrəli yenilənmədə kompüterlərin işinin ləngləşdirilməsindən tutmuş, sazlamalarda özbaşına dəyişikliklərə qədər bir sıra qüsurlar aşkar edilib.
Şirkət yenilənmə ilə bağlı problemləri etiraf edib və onu necə pozmaq lazım olduğu barədə göstərişləri dərc edib. Proqramı hazırlayanlar öz xətalarını yaxın zamanda düzəldəcəklərini vəd ediblər.
Xəbəri paylaş
Facebook-da paylaş