XI Bakı Beynəlxalq Kitab Sərgisində 68 xarici şirkət təmsil olunur
XI Bakı Beynəlxalq Kitab Sərgisində 68 xarici şirkət təmsil olunur. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu XI Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, sərgidə 123 Azərbaycan şirkəti, eyni zamanda, 23 ölkədən 68 xarici şirkət təmsil olunur: "Bu ölkələr sırasında Türkiyə, Rusiya kimi böyük kitab bazarına malik dövlətlərin də olması məsələnin əhəmiyyətini bir daha göstərir". Xatırladaq ki, XI Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 1-də başlayacaq və 7-dək davam edəcək.
Xəbəri paylaş
Facebook-da paylaş
