Rusiyada dəmir yollarında partlayış baş verib
Rusiyanın Pskov vilayətində Plyussa stansiyasının yaxınlığında dəmir yollarında partlayış baş verib. Şəffaflıq.az Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bunu sosial şəbəkələrdə bölgənin qubernatoru Mixail Vedernikov bildirib. Onun sözlərinə görə, heç kim xəsarət almayıb, qatar relsdən çıxmayıb. Hadisə yerində əməliyyat xidmətləri işləyir.
Xəbəri paylaş
Facebook-da paylaş
