İstanbulda avtobus aşıb, üç nəfər ölüb, 20 nəfər xəsarət alıb


İstanbulda Şimali Mərmərə magistralında avtobus aşıb: üç nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Bu barədə Şəffaflıq.az “TRT Haber”ə istinadən xəbər verir.

"Yerli vaxtla saat 06:15 radələrində Tokatdan Tekirdağa gedən nəqliyyat vasitəsi Sancaktepe Paşaköy bölgəsində sürücünün idarəetməni itirməsi nəticəsində maneəyə çırpılıb", - məlumatda bildirilib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Qəza ilə bağlı araşdırma başladılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}