Tbilisi yaxınlığında zəlzələ olub


Gürcüstanın Tsalka şəhərindən (Kvemo Kartli bölgəsi) 3 km və Tbilisidən 37 km məsafədə yerli vaxtla saat 10:08-də 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Milli Seysmoloji Monitorinq Mərkəzindən bildirilib.

Zəlzələ ocağı 10 km dərinlikdə, episentri isə Kvemo Xaraba kəndindən 1 km məsafədə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}