Gürcüstanda zəlzələ olub


Tbilisidən 58 km məsafədə, Dmanisi şəhəri (Kvemo Kartli regionu) yaxınlığında 4,2 maqnitudalı zəlzələ baş verib.

Şəffaflıq.az Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzinin saytında məlumat yayılıb.

Məlumata görə, Tbilisi vaxtı ilə saat 15:44-də qeydə alınan zəlzələnin episentri 15 kilometr dərinlikdə, Soqulotlo kəndindən iki kilometr məsafədə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}