Qarabağda əsgər ölümünə görə 3 nəfər həbs edildi

 

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yanvarın 30-da əsgər Vahram Avakyanın ölümü ilə bağlı başlanılan cinayət işi çərçivəsində üç əsgər həbs edilib.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bundan əvvəl isə Vahram Avakyanın intihar etdiyi bildirilirdi.

Qeyd edək ki, hadisə ilə bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Avakyanın ölümündə təqsirli bilinən əsgər yoldaşları - sabiq parlament üzvü Arakel Mövsisyanın oğlu David Movsisyan, Haçiq Qasparyan və Spartak Avetisyana qarşı ittiham irəli sürülüb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}