Deputat oğlu əsgəri intihara vadar etdi

 Qarabağda erməni əsgərinin ölümü ciddi etirazlara səbəb olub.
 Şəffaflıq.az xəbər verir ki, yanvarın 30-da Qarabağda görüş mövqelərindən birində cəsədi tapılan Vaqram Mkrtıçeviç Avakyanın (2000-ci il) intihar etdiyi bildirilir.
Hərbi Prokurorluq hərbçinin ona təhkim olunmuş silahdan atəş açaraq özünə qəsd etdiyini iddia etsə də, yaxınları Avakyanın öldürüldüyünü iddia edir. Əsgərin intiharı ilə bağlı 3 əsgər yoldaşı – David Movsisyan, Xaçik Qasparyan və Spartak Avetisyan saxlanılıb. Onlar “tabelilik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması” maddəsi ilə istintaqa cəlb olunublar.
Maraqlıdır ki, Vaqram Avakyanı intihara sürüklədiyi iddia olunan David Movsisyan Ermənistan parlamentinin eks-deputatı Arakel Movsisyanın oğludur.
Günahları sübuta yetirilsə, hərbi qulluqçuları 4-8 il arasında həbs cəzası gözləyir. Vaqram Avakyanın qohumları isə onun tabutu ilə Yerevana doğru hərəkət etməyə başlayıblar. Etirazçıların qarşısına çıxan müdafiə naziri David Tonoyan onlarla görüşərək, istintaqın şəffaf aparılacağına söz verib. (modern.az)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}