Beş ölkənin XİN başçısı Bakıda iclas keçirir

 

Bu gün Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzv dövlətlərinin Xarici İşlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan xarici işlər nazirləri iştirak edəcəklər.

Qeyd edək ki, TDƏŞ müasir türk dövlətlərini birləşdirən beynəlxalq təşkilatdır. Onun əsas məqsədi üzv ölkələr arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Təşkilat 2009-cu il oktybarın 3-də Naxçıvan şəhərində yaradılıb. Hazırda şuranın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}