Qırğızıstan prezidenti Bakıya gəlir
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və xarici işlər naziri Çingiz Aydarbekov Azərbaycana səfər edəcək.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Trend-ə Qırğızıstanın Bakıdakı səfirliyindən bildiriblər.
Məlumata əsasən, onlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək.
Oktyabrın 14-15-də keçiriləcək sammitdə türkdilli ölkələrin Ticarət-Sənaye Palatasının və Birgə İnvestisiya Fondunun yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş