Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Rusiyanın Moskva ilə Sankt-Peterburq şəhərləri arasında hava əlaqəsi iflic olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (RTA) məlumat yayıb. "Günortadan sonra yerinə yetirilməli olan 52 reysdən 30-u ləğv edilib, 9-u isə gecikib. Milli aviadaşıyıcı Moskvadan Sankt-Peterburqa sərnişinləri geniş gövdəli təyyarələrlə daşıyacağını vəd edib", - təşkilatın saytında dərc olunan məlumatda bildirilir. Qeyd olunur ki, iyulun 5-də reyslərin gecikməsi və ləğv edilməsi azı 75 min sərnişinin planlarına təsir edib. Bundan əvvəl PUA hücumu ilə əlaqədar Moskvanın Şeremetyevo, Peterburqun Pulkovo hava limanlarında uçuşlar məhdudlaşdırılıb.
Xəbəri paylaş
Facebook-da paylaş
