Slovakiya Elçin Qasımovu Bakıya səfir təyin edib
Elçin Qasımov Slovakiyanın Azərbaycandakı səfiri təyin edilib. Bu barədə Şəffaflıq.az Slovakiya Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir. Elçin Qasımovun əslən Azərbaycanın Kəlbəcər rayonundan olduğu bildirilir. O, bir müddət Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini tutub. Slovakiya Prezidenti Peter Pelleqrini Prezident Sarayında Avropa, Afrika və Asiyadakı 8 ölkədə yeni diplomatik missiya rəhbərlərinə etimadnamələrini təqdim edib.
Xəbəri paylaş
Facebook-da paylaş
