Əsas Səhifə > SİYASƏT > Slovakiya Elçin Qasımovu Bakıya səfir təyin edib
Slovakiya Elçin Qasımovu Bakıya səfir təyin edib1-07-2025, 13:04 |
Elçin Qasımov Slovakiyanın Azərbaycandakı səfiri təyin edilib. Bu barədə Şəffaflıq.az Slovakiya Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir. Elçin Qasımovun əslən Azərbaycanın Kəlbəcər rayonundan olduğu bildirilir. O, bir müddət Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini tutub. Slovakiya Prezidenti Peter Pelleqrini Prezident Sarayında Avropa, Afrika və Asiyadakı 8 ölkədə yeni diplomatik missiya rəhbərlərinə etimadnamələrini təqdim edib. Geri qayıt |