Göyçayın Potu kəndinin arxlarına çirkab suları və zibil tökülür – FOTO
Şəffaflıq.az-ın bölgə müxbiri bildirir ki, sakinlərin sözlərinə görə, nəzarətsiz qalan kəndin suvarma arxlarına çirkab suları və zibil tökülür, arxın üstündəki bəzi körpülərin dağılaraq bərbad vəziyyətə düşməsi səbəbindən avtomobillərin hərəkət etməsi çətinləşib, mərkəzi yol iki avtomobilin yan-yana keçməsi üçün çox ensizdi və yolda təmir işləri aparılmadığından dağılaraq böyük çalalar əmələ gəlib, yağış yağanda isə kəndə elektrik enerjisinin verilişi naməlum səbəbdən kəsilir. Elektrik enerjisi dirəklərinin yararsız vəziyyətdə olması da vətəndaşlara problem yaradır. Xatırladaq ki, onlar bu problemlərin həlli üçün aidiyyəti üzrə qurumlara müraciət etmələrinə baxmayaraq tədbir görülmədiyini bildirdilər. Şəffaflıq.az
Göyçay:
Davud Tarverdiyev
Facebook-da paylaş