Göyçayda beton su arxı dağılıb, nəticədə iki kənd susuz qalıb._FOTO
Göyçay Suvarma Sistemləri İdarəsindən verilən məlumata əsasən, mütəxəssislər dağılan arxa baxış keçirib. Sabah beton arxda təmir-bərpa işləri görüləcək və problem öz həllini tapacaq. Qeyd edilib ki, beton R-8 arxı Qazyan arxının bir qoludur. Göyçay və Ucarın 15-ə yaxın kəndini suvarma suyu ilə təmin edən bu iki arx bir neçə yerdə ayrılır və birləşir, hətta asma beton ötürücü vasitəsilə bir-birinin üzərindən keçir.
Hazırda başqa kəndlər su ilə təmin olunur.
Davud
Şəffaflıq.az
Facebook-da paylaş