İranda yanğın baş verib, ölən və yaralananlar var


İranda "Kaveh Petrochemical Company" müəssisəsində metanol çənində baş verən yanğın nəticəsində üç nəfər həlak olub, 10 nəfər yaralanıb.

"Şəffaflıq.az"-ın məlumatına görə, bu barədə IRNA agentliyi təcili yardım xidmətlərinə istinadən məlumat verib.

Bildirilir ki, hadisə bu gün yerli vaxtla saat 11.30-da ölkənin cənubunda yerləşən Bəndər-Deyər liman şəhərində baş verib. Hadisənin miqyasını nəzərə alaraq, yaralı və ölənlərin sayının artması ehtimalı var.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}