Əsas Səhifə > REGİON > İranda yanğın baş verib, ölən və yaralananlar var

İranda yanğın baş verib, ölən və yaralananlar var


11-06-2025, 13:18


İranda "Kaveh Petrochemical Company" müəssisəsində metanol çənində baş verən yanğın nəticəsində üç nəfər həlak olub, 10 nəfər yaralanıb.

"Şəffaflıq.az"-ın məlumatına görə, bu barədə IRNA agentliyi təcili yardım xidmətlərinə istinadən məlumat verib.

Bildirilir ki, hadisə bu gün yerli vaxtla saat 11.30-da ölkənin cənubunda yerləşən Bəndər-Deyər liman şəhərində baş verib. Hadisənin miqyasını nəzərə alaraq, yaralı və ölənlərin sayının artması ehtimalı var.


Geri qayıt